Təlim keçmiş it vitse-admirala hücum etdi
Çilidə narkotiklərin aşkarlanması üçün təlim görmüş it rəsmi mərasim zamanı Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Arturo Oksliyə hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə "BioBioChile" nəşri məlumat yayıb.
Məlumata görə, Çilidə Belçika malinuası cinsindən olan itlər narkotiklərin aşkar edilməsi üçün xüsusi təlimdən keçirilir. Rəsmi mərasim zamanı həmin itlərdən biri vitse-admiralın istiqamətinə tullanaraq onun şalvarının cibindən yapışıb.
Hadisənin səbəbi kimi itin yaşı, temperamenti və yüksək həyəcan vəziyyəti göstərilib.
Qeyd olunur ki, Arturo Oksli hadisə nəticəsində xəsarət almayıb, lakin onun hərbi formasına zərər dəyib.
Məlumatda bildirilir ki, it hazırda yenidən hazırlıq keçir və dəniz polisinin nəzarətində saxlanılır.