Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı
Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyası başlayıb.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, yüzlərlə nümayişçi şəhərin mərkəzindəki teatr meydanına toplaşıb.
Aksiya iştirakçıları, xüsusilə, Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin istefasını, İsraildə növbədənkənar parlament seçkilərinin keçirilməsini, həmçinin 7 oktyabr 2023-cü ildə Qəzza zolağından HƏMAS hərəkatının silahlı radikalları tərəfindən İsrailin sərhədyanı yaşayış məntəqələrinə edilən hücumun qarşısının alınmamasının səbəblərini araşdıracaq dövlət komissiyasının yaradılmasını tələb edirlər.
Təl-Əvivin teatr meydanı ərazisinə çoxlu sayda polis qüvvələri cəlb olunub. Aksiya hakimiyyət orqanları ilə əvvəlcədən razılaşdırıldığı üçün hər hansı qarşıdurma qeydə alınmayıb.
Aysel Mətləb