"Tasnim": İran və ABŞ razılığa gəlməyib
İran və ABŞ arasındakı memorandum layihəsi hələ razılaşdırılmayıb və təsdiq edilməyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" informasiya agentliyi danışıqlar aparan nümayəndə heyətinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl "Axios" portalı ABŞ və İranın atəşkəsin 60 gün uzadılması və Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün anlaşma memorandumu barədə razılığa gəldikləri barədə informasiya yaymışdı.
Aysel Mətləb