Tarixdə ilk dəfə: Apple inanılmaz həddi keçdi
ABŞ-nin texnologiya nəhəngi Apple şirkətinin bazar dəyəri tarixdə ilk dəfə 5 trilyon ABŞ dollarını ötüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, investorlar süni intellekt və yarımkeçirici sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərində müşahidə olunan eniş fonunda Apple-ı getdikcə daha çox etibarlı investisiya limanı kimi qiymətləndirirlər.
Mütəxəssislərin fikrincə, bu amil şirkətin bazar kapitallaşmasının rekord həddə yüksəlməsində əsas rol oynayıb.