Tailand vizasız rejimə dəyişiklik etməyəcək
Tailand hakimiyyəti mövcud olan 60 günlük vizasız rejimə dəyişiklik etməyi planlaşdırmır.
TodayPress TV xəbər verir ki, bu barədə “Thailand Travel Mart Plus 2025” turizm sərgisində Tailandın Turizm İdarəsinin rəhbəri Thapani Kiatphaiboon məlumat verib.
“Bu il hər şey olduğu kimi qalır. Dəyişiklik yoxdur. Mən zəmanət verirəm ki, bütün ölkələr üçün viza qaydaları eyni qalacaq", - deyə o bildirib.
Türkan İsgəndərli