Tailand neft tankerləri üçün İranla razılığa gəldi

Dünya

28.03.2026 11:00

Tailand neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması üçün İranla razılığa gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Tailandın Baş naziri Anutin Çarnvirakul mətbuat konfransında məlumat verib.

“Razılaşma sayəsində, mart ayının əvvəlində gəmi keçidində qeydə alınan pozulmaların təkrarlanmayacağı ilə bağlı arxayınlığımız var. Hökumət dəyişkən situsasiyalara adaptasiya olmağa və ictimaiyyətə dəyən ziyanın minimallaşdırılması üçün tədbirlər görməyə davam edəcək”,- Baş nazir bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyini - UKMTO-nun məlumatına görə, indiyə qədər Hörmüz boğazında və Oman körfəzində 11 tanker daxil olmaqla 24 ticarət gəmisinə hücum edilib və ya onlarda insident qeydə alınıb.

TodayPress TV

tag: Tailand ,Neft,Tanker,İran,Todaypress.tv,