Tailand-Kamboca sərhədində toqquşma: Ölən var
Dünya
12.11.2025 17:48
Tailand və Kamboca sərhədində gərginlik yenidən artıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, nəticədə azı bir nəfər həlak olub. Tərəflər bir-birini sərhədin mübahisəli hissəsində atəş açmaqda və ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəsi pozmaqda ittiham ediblər.
Xatırladaq ki, döyüşlər iyulun 24-də Ta Moan Thom məbədinin yaxınlığında başlayıb. Tailand rəsmiləri Kambocanı bir kəndi artilleriya atəşinə tutmaqda günahlandırıb, Kamboca Müdafiə Nazirliyi isə Tailand qoşunlarının səbəbsiz müdaxiləsinə cavab verdiklərini bildirib. Qarşıdurmalardan sonra Tailand ordusuna məxsus F-16 təyyarəsi Kambocadakı hədəflərə zərbələr endirib.
Gərginlik Tailandın iyulun 23-də Kambocadakı səfirini geri çağırması, Kambocanın isə Banqkokdakı səfirini ölkədən çıxarması və sərhədi bağlamasından sonra yaranıb. İki ölkə arasında atəşkəs iyulun 29-da gecə yarısı qüvvəyə minib.
Türkan İsgəndərli
tag: Tailand,Kamboca,Sərhəd,Atışma,Todaypress.tv,
