Suriyada qaz boru kəmərində PARTLAYIŞ
Suriyada Jebse Qaz Zavodundan qaz nəqlini təmin edən boru kəmərində partlayış baş verib və ilkin araşdırmalara görə, hadisənin sabotaj nəticəsində meydana gəldiyi bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Suriya Neft Şirkətinin (SPC) açıqlamasında məlumat verilib.
Açıqlamada partlayış səbəbindən boru kəməri ilə qaz axınının dayandığı, hadisədən sonra quyuların təcrid edildiyi, təhlükəsizlik klapanlarının bağlandığı və ərazinin təhlükəsizlik nəzarətinə götürüldüyü bildirilib.
Komandaların hadisədən dərhal sonra təmir işlərinə başladığı və işlərin 24 saatlıq rejimdə davam etdirildiyi qeyd olunub.
Aysel Mətləb