Suriya ordusu ilə SDQ arasında atəşkəs əldə olundu
Dünya
22.11.2025 11:30
Raqqa vilayətinin cənub-şərqində son günlər artan qarşıdurmadan sonra Suriya ordusu və “Suriya Demokratik Qüvvələri” (SDQ) atəşkəs barədə razılığa gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Suriya hökuməti Almaniyanın DPA agentliyinə məlumat verib.
Məddan qəsəbəsində baş verən şiddətli toqquşmalardan sonra əldə olunan razılaşma tərəflərin qarşılıqlı atəşini, artilleriya zərbələrini və digər hücum əməliyyatlarını dayandırmağı nəzərdə tutur. Gərginlik son iki gün ərzində ağır və orta silahlardan istifadə, PUA hücumları və yaxın məsafəli döyüşlərlə müşayiət olunub. Hər iki tərəf arasında itkilər qeydə alınıb.
Mənbələrin bildirdiyinə görə, son əməliyyat zamanı Suriya ordusu SDQ-nin sızaraq nəzarət götürdüyü mövqeləri geri qaytarıb. Döyüşlər zamanı SDQ yaraqlılarının iki suriyalı hərbçini öldürdüyü, 9 nəfəri yaraladığı və öldürülənlərin cəsədlərinə qarşı nalayiq davranış göstərdiyi iddia olunur.
Görüş zamanı SDQ ordunun nəzarətinə keçmiş mövqelərdən geri çəkilməsini tələb etsə də, Suriya tərəfi bu tələbi qəbul etməyib. Hazırda SDQ Raqqanın cənub-qərb kəndlərinin böyük hissəsinə nəzarət edir. Bu ərazilər Bəşər Əsəd rejiminin ötən ilin dekabrında devrilməsindən sonra qüvvələrə təhvil verilmişdi.
Jalə Rövşən
tag: Suriya,SDQ,Atəşkəs ,Razılıq ,Todaypress.tv,
