"Sudan səbəblər"dən Sudanda başlayan müharibə ara vermir

"Sudan səbəblər"dən Sudanda başlayan müharibə ara vermir
29.07.2026 11:28 Dünya

Sudan ordusu Xartumda nəzarətini genişləndirən əməliyyatlarını ölkənin qərbinə doğru istiqamətləndirib.

TodayPress TV "Anadolu Ajansı"na istinadən xəbər verir ki, ordunun geri aldığı Bara qəsəbəsi Darfur və Kordofanı Xartum və Port Sudanla birləşdirən strateji logistika dəhlizində yerləşir. 

Sudan ordusu ilə BƏƏ dəstəkli Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurmalar 15 aprel 2023-cü ildən bəri davam edir.

Qeyd edək ki, Sudanda BƏƏ və İsrail dəstəkli Çevik Dəstək Qüvvələri ilə Sudan ordusu arasında 2023-cu ildən döyüşlər gedir. 

Sudan ordusunu Türkiyə, Qətər və son dövrlər Səudiyyə dəstəkləməyə başlayıb. Sudan, Qırmızı Dənizin təhlükəsizliyi və kontrolu üçün strateji önəmə sahibdi.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər