Stubb: "Rusiya və Ukrayna yaza qədər danışıqlar apara bilər"
Dünya
17.11.2025 19:45
Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Rusiya və Ukrayna yaza qədər danışıqlar masasına otura bilər.
TodayPress TV xəbər verir ki, bu açıqlama o, NATO-nun Baş katibi Mark Rutte ilə keçirilən mətbuat konfransında verib.
Stubb qeyd edib ki, o, “realist optimist” olsa da, münaqişənin bu il bitəcəyini görmür və danışıqların fevral və ya mart ayına qədər baş tutmayacağını bildirib.
Prezident vurğulayıb ki, Avropa siyasətçiləri ilə Rusiya arasında istənilən təmas Avropa İttifaqının digər üzv ölkələri ilə sıx koordinasiya şəraitində aparılmalıdır.
Stubb daha əvvəl də bildirmişdi ki, Avropa ilə Rusiya arasında dialoq gələcəkdə hansısa formatda bərpa oluna bilər və bütün danışıqların və təsir kanallarının açıq müzakirə edilməməsi vacibdir.
Türkan İsgəndərli
tag: Finlandiya,Stubb,Ukrayna,Rusiya,Todaypress.tv,
