"Starlink" Venesuelaya pulsuz internet verəcək
Dünya
04.01.2026 10:55
"Starlink" qlobal peyk rabitə sistemi Venesuelada 3 fevral tarixinədək pulsuz genişzolaqlı internet xidməti təqdim edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə şirkətin rəsmi "X" səhifəsi məlumat yayıb.
Paylaşımda bildirilib ki, bu müddət ərzində ölkə üzrə fasiləsiz bağlantı təmin olunacaq.
Bu açıqlama Venesuela ətrafında baş verdiyi iddia olunan gərgin hadisələr fonunda yayılıb.
Xatırladaq ki, yanvarın 3-də paytaxt Karakasda, Fort Tiuna hərbi bazasında, La Karlota hava bazasında, El Volkan siqnal antenasında və La Quayra limanında partlayışlar baş verib.
Hadisələrdən sonra ABŞ qüvvələri Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını saxlayıb. Maduro Nyu-Yorka aparılaraq narkoterrorizm və digər cinayətlər üzrə ittiham olunacaq.
Ağ Ev rəhbəri Donald Tramp bildirib ki, Maduro “hakimiyyət təhvil verilənə qədər” ölkənin idarəçiliyi ABŞ-nin üzərinə götürülüb.
Türkan İsgəndərli
tag: Starlink,Venesuela,Peyk,İnternet,Todaypress.tv,
