Şimali Makedoniyada yerli seçkilər 19 oktyabrda keçiriləcək
Şimali Makedoniya Məclisinin sədri Afrim Qaşinin imzaladığı qərarla ölkədə yerli seçkilərin tarixi 19 oktyabr olaraq müəyyənləşib.
TodayPress TV xəbər verir ki, qərara əsasən, birinci turda bələdiyyə sədri seçilməyən bələdiyyələrdə ikinci tur 2 noyabrda baş tutacaq.
Məclis sədri bildirib ki, səsvermədən 20 gün əvvəl başlayacaq təşviqat kampaniyası müddətində Məclisin inzibati fəaliyyəti davam edəcək, lakin plenar iclaslar keçirilməyəcək.
Şimali Makedoniyada yerli seçkilər hər 4 ildən bir təşkil olunur, seçicilər 81 bələdiyyə sədrini və bələdiyyə məclisi üzvlərini seçəcəklər. Ölkədə son yerli seçkilər 17 oktyabr 2021-ci ildə keçirilib.
Qiymət Mahir