Şimali Koreya Yapon dənizinə mərmi atdı

Şimali Koreya Yapon dənizinə mərmi atdı
03.10.2026 08:41 Dünya

Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb.

TodayPress TV xəbər verir ki, “Renhap” agentliyinin məlumatına görə, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri mərminin buraxılışını qeydə alıb.

Hadisənin digər detalları açıqlanmayıb.

Qeyd olunur ki, sentyabrın 20-də Şimali Koreya əvvəlcə Vonsan bölgəsindən qısa mənzilli ballistik raket buraxıb. Raket təxminən 450 kilometr məsafə qət edib.

Bundan bir neçə saat sonra Yapon dənizi istiqamətində daha bir naməlum mərmi atılıb. İkinci buraxılışla bağlı təfərrüatlar hələlik məlum deyil.

Cənubi Koreya Müdafiə Nazirliyi Şimali Koreyanın hərbi fəaliyyətini yaxından izlədiyini və ABŞ ilə birgə müdafiə çərçivəsində mümkün təxribatlara cavab verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 14-də Şimali Koreyada raketlər, uzaqmənzilli artilleriya sistemləri və pilotsuz uçuş aparatlarının iştirakı ilə hərbi təlimlərin keçirildiyi bildirilmişdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər