Şimali Koreya mina partlayışı ilə bağlı ittihamları rədd etdi

Şimali Koreya  mina partlayışı ilə bağlı ittihamları rədd etdi
30.09.2026 11:41 Dünya

Şimali Koreya Cənubi və Şimali Koreyanı ayıran demilitarizasiya olunmuş zonada (DMZ) mina partlayışına görə ittihamları rədd etdi. 

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, Şimali Koreya Cənubi Koreya hərbçilərinin yaralanmasına səbəb olan mina partlayışına görə Pxenyanın məsuliyyət daşıması barədə Seulun araşdırmasını “uydurma” adlandırıb.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq bildirib ki, ölkə hərbçiləri iki Koreyanı ayıran hərbi demarkasiya xəttini keçməyib.

BMT Komandanlığı isə araşdırma nəticəsində Şimali Koreyanın yerləşdirdiyi daha bir aktiv mina aşkarlayıb və hadisənin Koreya müharibəsinin atəşkəs sazişinin pozulması olduğunu açıqlayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər