Şimali Koreya ilin ilk raket sınaqlarını həyata keçirdi

Dünya

04.01.2026 13:45

Şimali Koreya yanvarın 4-ü ilin ilk raket sınaqlarını Yapon dənizi istiqamətində həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Məlumata görə, bu, son iki ay ərzində qeydə alınan ilk raket aktivliyidir. Buraxılan raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Yaponiyanın Baş naziri Sanae Takaiçi aidiyyəti qurumlara insidentlə bağlı bütün məlumatların operativ şəkildə toplanması və əhalinin xəbərdar edilməsi tapşırıq verib.

Raket sınaqları Cənubi Koreya tərəfindən də qeydə alınıb. Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına əsasən, raketlər Pxenyan yaxınlığındakı ərazidən buraxılıb, təxminən 900 kilometr məsafə qət edərək Yapon dənizi akvatoriyasına düşüb.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Şimali Koreya,Raket,Sınaq,Dəniz,Todaypress.tv,