Şimali Koreya Çinlə münasibətləri gücləndirir
"Pxenyan Pekinlə münasibətləri dərinləşdirmək və inkişaf etdirmək niyyətindədir".
TodayPress TV xəbər verir ki, bu fikirləri Şimali Koreya (KXDR) lideri Kim Çen In Çində Prezident Si Cinpinlə görüşündə bildirib.
Danışıqlar sentyabrın 4-də Pekində, Böyük Xalq Zalında keçirilib.
Onun sözlərinə görə, beynəlxalq vəziyyətdən asılı olmayaraq, iki ölkə arasındakı dostluq dəyişməz qalacaq.
Xatırladaq ki, Kim Çen In sentyabrın 2-də Yaponiya üzərində qələbənin 80-ci ildönümü və İkinci Dünya müharibəsinin başa çatması münasibətilə təşkil olunan tədbirlərdə iştirak etmək üçün Çinə səfər edib.
Türkan İsgəndərli