"Sikorsky Aircraft" 10 milyard dollarlıq hərbi müqavilə imzalayır
“Sikorsky Aircraft” şirkəti 92 helikopter üçün 10,3 milyard dollarlıq müqavilə imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Müqaviləyə əsasən, şirkət 92 ədəd CH-53K ağır nəqliyyat və yük helikopterlərini tədarük etməyi öhdəsinə götürür.
“CH-53K çoxillik proqramı üçün bu müqavilə modifikasiyası lot 9 və 10-un şərtlərini yekunlaşdırır, o cümlədən 11-13-cü lotlar üçün həcm əlavə edir. Ümumilikdə 92 CH-53K istehsal helikopterini nəzərdə tutur və müvafiq proqram, həm də təyyarə dəstəyini əhatə edir”, – Pentaqonun bəyanatında deyilir.
Orxan Saffari