Sietl meri Keti Uilson "Starbucks" işçilərinin boykotuna qoşuldu

Sietl meri Keti Uilson "Starbucks" işçilərinin boykotuna qoşuldu
16.11.2025 22:33 Dünya

ABŞ-nin Sietl şəhərində bu günlərdə keçirilən seçkilərdə qalib gələn Keti Uilson ilk açıqlamalarından biri ilə ölkə üzrə diqqət çəkib. O, qələbəsindən bir neçə saat sonra "Starbucks" əməkdaşlarının keçirdiyi etiraz aksiyasına qatılaraq boykota dəstək verdiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, Uilson çıxışı zamanı "Starbucks"dan qəhvə almadığını deyib və seçiciləri də şirkəti boykot etməyə çağırıb.

Onun sözlərinə görə, əmək hüquqları pozulduqda buna qarşı susmaq mümkün deyil.

Etiraz edən işçilər rəhbərlikdən əməkhaqlarının artırılmasını və işçi çatışmazlığının aradan qaldırılmasını tələb edirlər. Barista Emma Koks mövcud vəziyyəti ağır adlandıraraq hazırda yalnız işləmək, yatmaq və minimum büdcə ilə yaşamağa çalışdığını bildirib.

Boykota dəstək verənlər arasında Nyu-Yorkun yeni seçilmiş meri Zöhran Mamdani də var. O da "Starbucks"dan qəhvə almaqdan imtina etdiyini açıqlayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər