Şeynbaum: “Meksika Kubaya neft tədarükünü dayandırıb”

Dünya

10.02.2026 08:45

Meksika ABŞ tarifləri təhlükəsi səbəbindən Kubaya neft tədarükünü müvəqqəti olaraq dayandırıb, lakin adaya humanitar yardım göstərməyə davam edəcək.  

TodayPress TV xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında bildirib. 

"Neft daşınması hazırda dayandırılıb. Biz Meksika üçün mənfi nəticələrdən qaçmağa çalışırıq", - deyə dövlət başçısı bildirib. 

Onun sözlərinə görə, Mexiko şəhəri Amerika məhdudiyyətləri altına düşmədən Havananı dəstəkləməyin yolunu tapmaq üçün diplomatik şəkildə çalışır. 

Şeynbaum həmçinin ABŞ-ni məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Prezident ABŞ-yə müraciət edərək bildirib ki, bu sanksiyalar Kuba xalqına qarşı çox ədalətsizdir. Onların xəstəxanalar və ya məktəblər üçün yanacağı yoxdur, ona görə də xalq əziyyət çəkir. 

Prezident vurğulayıb ki, Meksika Kubaya humanitar dəstəyini dayandırmayacaq: 

"Biz həmişə ehtiyacı olan insanlara kömək etdiyimiz kimi, Kuba xalqına da kömək edəcəyik". 

Aysel Mətləb

TodayPress TV

tag: Kuba,Meksika,Şeynbaum,Neft,Todaypress.tv,