Səfər təxirə düşür: Ruslar onun Kiyevə getməyini istəmir
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cerald Kuşnerin Kiyevə səfəri sual altına düşüb.
TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Kiyev İndependent” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndələrinin 5-6 sentyabr tarixlərində Ukrayna paytaxtına səfər planları dəyişə bilər:
“Hazırda alternativ planlar müzakirə olunur. Ruslar onların bura, Kiyevə gəlməsini istəmirlər və Uitkoff həmişə rusların hisslərinə həssas yanaşır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cerald Kuşnerin Kiyev və Moskvaya səfər edəcəkləri ilə bağlı məlumat yayılmışdı.