Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident!
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi və regiondakı son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib.
Qeyd edək ki, söhbət Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində baş tutub. Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası növbəti dövrdə də hakimiyyətdə qalmağı hədəfləyir.
Türkan İsgəndərli