Samxaradze: "Brüssel Gürcüstan hökuməti ilə dialoqdan yayınır"

Samxaradze: "Brüssel Gürcüstan hökuməti ilə dialoqdan yayınır"
11.11.2025 16:15 Dünya

Avropa İttifaqı Gürcüstan hökuməti ilə dialoqdan imtina siyasəti yürüdür.

TodayPress TV xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib.

O, həmçinin Gürcüstanın Aİ-nin noyabrın 18-də Brüsseldə keçiriləcək genişlənmə sammitinə dəvət olunmamasını da bu siyasətin tərkib hissəsi kimi qiymətləndirib.

“Hesab edirəm ki, bu siyasət düşünülməmiş və məntiqsizdir. Ümid edirəm ki, tezliklə dəyişəcək. Əgər Brüssel Gürcüstanı və gürcü xalqını Avropa ailəsində görmək istəyirsə, gürcü xalqının seçdiyi hökumətlə danışmalıdır”, — Samxaradze bildirib.

Qeyd edilib ki, Gürcüstan ötən ay Lüksemburqda regional təhlükəsizlik mövzusunda təşkil edilən Aİ Xarici İşlər Nazirləri Şurasının toplantısına da dəvət olunmamışdı.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər