Saldo münaqişəyə son qoymağın şərtlərini açıqladı

Saldo münaqişəyə son qoymağın şərtlərini açıqladı
30.06.2025 09:28 Dünya

Ukrayna ilə hərbi qarşıdurma yalnız o zaman başa çatacaq ki, Kiyev hakimiyyəti Rusiyaya və onun xalqına təhlükə törətmək imkanından tam məhrum edilsin.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya tərəfindən təyin edilmiş Xerson vilayətinin qubernatoru Vladimir Saldo “RİA”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, münaqişənin necə yekunlaşacağı artıq hərbi və siyasi strategiya məsələsidir.

Saldo qeyd edib ki, Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə çatmağa yönəlib. Onun fikrincə, “yarımçıq tədbirlərin” nəticə vermədiyi artıq aydındır. Qubernator həmçinin münaqişənin “koreya ssenarisi” ilə – yəni müvəqqəti dondurulma formasında həllinin də mümkün olduğunu istisna etməyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər