Saakaşvili "Karakas əməliyyatı" ilə bağlı paylaşım etdi

Dünya

03.01.2026 15:41

Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili öz “Facebook” hesabında ABŞ-nin Venesueladakı əməliyyatı barədə paylaşım edib.

TodayPress TV xəbər verir ki, paylaşımda deyilir:

“Amerika geri döndü – Karakasda möhtəşəm əməliyyat”.

Xatırladaq ki, M.Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə getdiyi Tbilisidə saxlanılmışdı. Siyasətçi hazırda Gürcüstanda beş cinayət işi üzrə ittiham olunur və onlardan ikisinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Bu ilin martında isə Tbilisi Şəhər Məhkəməsi onu dövlət vəsaitlərinin mənimsənilməsinə görə 9 il həbs cəzasına məhkum edib.
Hazırda məhkəmədə onun barəsində iki digər iş – 2007-ci ildə etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçməsi ilə bağlı proseslər davam edir.

Qiymət Mahir

tag: Mixail Saakaşvili ,Gürcüstan,Venesuela ,ABŞ,Todaypress.tv,