Rutte Ukrayna ilə bağlı ABŞ-yə müraciət etdi
NATO-nun Baş katibi Mark Rutte bildirib ki, o, ABŞ-nin hərbi ehtiyatlarını qorumaq istəyini anlayır. Lakin eyni zamanda Vaşinqtonu Ukraynaya silah tədarükündə daha çevik davranmağa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
“ABŞ-nin kollektiv müdafiə üçün kifayət qədər ehtiyat saxlamaq istəyini tam başa düşürəm. Ancaq eyni zamanda, Ukraynanın lazım olan dəstəyi alması üçün müəyyən çeviklik gözləyirik”, – deyə Rutte qeyd edib.
Bundan əvvəl o vurğulayıb ki, Ukrayna Qərb ölkələrinin hərbi yardımı olmadan mübarizəsini davam etdirə bilməz. Rutte həmçinin əlavə edib ki, Avropa ölkələri Kiyevə dəstəyi artırmaq niyyətindədir.
Türkan İsgəndərli