Rusiyanın Ermənistandakı səfiri geri çağırıldı
Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin Moskvaya konsultasiyalar üçün çağırıldığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, bu addım Ermənistanın son dövrdə Avropa İttifaqı ilə yaxınlaşması, eləcə də Qərblə əlaqələrinin genişlənməsi fonunda atılıb. Ermənistan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub və bəzi təhlükəsizlik sahələrində Rusiya ilə əməkdaşlığı məhdudlaşdırıb.
Rusiya tərəfi Ermənistanın Aİ-yə inteqrasiya kursunun Moskvanın rəhbərlik etdiyi regional strukturlarla ziddiyyət yarada biləcəyini dəfələrlə bəyan edib.
Türkan İsgəndərli