Rusiyada zəlzələ baş verdi
Rusiyanın Kamçatka bölgəsində 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress TV "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 223 kilometr aralıda, 45 kilometr dərinlikdə yerləşib.