Rusiyada miqrantlar apellyasiya şikayəti verə biləcəklər

Rusiyada miqrantlar apellyasiya şikayəti verə biləcəklər
12.11.2025 06:00 Dünya

Rusiyada rus dilindən keçirilən testdən uğursuz nəticə aldıqları üçün uşaqları məktəbə qəbul edilməyən xarici valideynlər bu qərardan apellyasiya verə biləcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA Novosti”yə Moskva Şəhər Təhsil və Elm Departamentinin mətbuat xidməti məlumat verib.

Qurum xatırladıb ki, 2025-ci il aprelin 1-dən etibarən qüvvəyə minmiş federal qanuna əsasən, xarici vətəndaşların uşaqları məktəbə qəbul olunmazdan əvvəl rus dili biliyinə dair yoxlamadan keçməlidirlər.

Departamentin məlumatına görə, testdən uğursuz keçən valideynlər nəticələri aldıqdan sonra iki iş günü ərzində apellyasiya müraciəti edə bilərlər. Test tapşırıqları Federal Pedaqoji Ölçmələr İnstitutu tərəfindən hazırlanıb və müxtəlif təhsil səviyyələrinə uyğunlaşdırılıb. Qiymətləndirmə meyarları isə federal qanunvericiliklə tənzimlənir. Məsələn, ikinci sinif şagirdləri üçün imtahan həm şifahi, həm də yazılı hissədən ibarətdir.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər