Rusiyada dron hücumlarının qarşısı alındı

Dünya

29.12.2025 10:56

Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində ölkə əraziləri üzərində 89 pilotsuz uçuş aparatını (PUA) vurub.

TodayPress TV  xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 28 dekabr Moskva vaxtı ilə saat 23:00 ilə 29 dekabr səhər 7:00 arasında Bryansk vilayəti üzərində 49 sabit qanadlı dron məhv edilib.

Eyni zamanda, Novqorod vilayətində 18, Adıgey vilayətində 11, Krasnodar vilayətində 7 PUA vurulub. Azov dənizi, Orel, Rostov və Smolensk vilayətlərində də dronlar hədəfə alınıb.

Rostov vilayətində, o cümlədən Rostov, Donetsk, Tarasovski və Millerovski rayonlarında dron hücumları dəf edilib, xəsarət alan olmayıb. Bryansk və Smolensk vilayətlərində də heç bir itki və ya ziyan qeydə alınmayıb. Digər bölgələrin yerli hakimiyyət orqanları hücumlarla bağlı hələlik açıqlama verməyib.

Orel vilayətində isə gecə ərzində bütün bölgədə raket həyəcanı elan edilib.

Jalə Rövşən

TodayPress TV 

tag: Rusiya,PUA, Rusiya Müdafiə Nazirliyi,Rostov,Todaypress.tv,