Rusiyada bir havalimanı müvəqqəti bağlandı

Rusiyada bir havalimanı müvəqqəti bağlandı
25.05.2025 17:30 Dünya

Rusiyanın Aviasiya Nəzarəti İdarəsi (Rosaviatsiya) Kaluqa şəhərinin Qrabtsevo havalimanında təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

“Sivil aviasiya təyyarələrinin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Kaluqa havalimanında bu gün saat 16:08-dən (Bakı vaxtımilə - red.) etibarən müvəqqəti məhdudiyyətlər qüvvəyə minib” deyə qurumun rəsmi məlumatında bildirilib.

Məhdudiyyətlərin səbəbi və nə qədər davam edəcəyi barədə əlavə məlumat verilməyib.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər