Rusiyada 5 min miqrantın qeydiyyatını aparan dəstə saxlanıldı

Rusiyada 5 min miqrantın qeydiyyatını aparan dəstə saxlanıldı
11.08.2025 11:55 Dünya

Sankt-Peterburq və Leninqrad vilayətində altı nəfər sındırılmış “Gosuslugi” hesabları vasitəsilə 5 minə yaxın əcnəbini saxta şəkildə qeydiyyata salmaqda şübhəli bilinərək tutulub.

TodayPress TV xəbər verir ki, Rusiya DİN-in məlumatına görə, qrup 2,5 ildə 20 milyon rubl qazanıb.

Onların üzərindən mobil telefonlar, kompüterlər, saxta blanklar və dövlət möhürləri götürülüb. Faktla bağlı cinayət işi açılıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər