Rusiya Zaporojyedə sərnişin qatarına zərbə endirdi

Rusiya Zaporojyedə sərnişin qatarına zərbə endirdi
18.07.2026 16:21 Dünya

Rusiya pilotsuz uçuş aparatları ilə Ukraynanın Zaporojye vilayətindəki lokomotivə və sərnişin qatarına zərbələr endirib.

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" "Ukrzaliznıtsi"nın mətbuat xidmətinə və Ukraynanın bərpa, infrastruktur və nəqliyyat naziri Nikolay Kalaşnikin teleqram kanalındakı məlumatına istinadən bildirib.

"Rusiyanın Zaporojye vilayətinə etdiyi dron hücumu nəticəsində sərnişin qatarı zədələnib", - vurğulanıb.

Qeyd olunub ki, bütün sərnişinlər, həmçinin lokomotiv və qatar briqadalarının üzvləri vaxtında təxliyə edilib.

İlkin məlumatlara görə, yaralanan yoxdur. Təxliyə edilənlər sığınacaqdadırlar, daha sonra onlar avtobuslarla Zaporojyeyə çatdırılacaqlar.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər