Rusiya Xarkovun Kupyansk şəhərini nəzarətə götürdü
Dünya
21.11.2025 05:22
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərini nəzarətə götürüb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə məruzə edib.
Qeyd edək ki, Kupyansk Xarkov vilayətində, Oskol çayın sahillərində, Xarkov magistral yolundan 110 kilometr məsafədə yerləşir. Şəhər cəbhənin bu hissəsində Ukrayna müdafiəsinin əsas dayaqlarından biri hesab olunur.
Gerasimov xüsusi əməliyyat zonasında birləşmiş qruplaşmaların qoşunlarının demək olar ki, bütün istiqamətlərdə irəlilədiyini söyləyib.
O, Krasnoarmeyskin (Pokrovsk-Ukrayna-red.) 70%-inin, Volçanskın 80%-dən çoxunun nəzarətə götürüldüyünü, qoşunların Severskdə irəlilədiyini, Primorskoye və Stepnoqorskoye uğrunda Zaporojye istiqamətində döyüşlər davam etdiyini bildirib.
tag: Rusiya, UKrayna, Xarkov, Nəzarət, todaypress.tv,
