Rusiya və ABŞ məhbus mübadiləsi imkanlarını müzakirə etdi

Rusiya və ABŞ  məhbus mübadiləsi imkanlarını müzakirə etdi
18.11.2025 14:36 Dünya

Rusiya və ABŞ yeni məhbus mübadiləsi imkanlarını müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Axios-a bildirib.

Nəşrin adını açıqlamadığı bir Amerika rəsmisi müzakirələrin müsbət olduğunu, lakin hələlik heç bir razılaşma əldə olunmadığını söyləyib.

Vəziyyətlə tanış olan Axios mənbəyinin sözlərinə görə, Rusiya yeni mübadilənin "xoşməramlı münasibət nümayiş etdirəcəyinə və ölkələr arasında etimadı gücləndirəcəyinə" ümid edir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər