Rusiya Ukraynanın bu xəbərdarlığını RƏDD ETDİ

Rusiya Ukraynanın bu xəbərdarlığını RƏDD ETDİ
04.09.2026 19:05 Dünya

Rusiya Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinin Rusiya üzərindəki hava məkanının təhlükəli olması ilə bağlı açıqlamasını təkzib edib.

TodayPress TV xəbər verir ki, Rusiya tərəfi bununla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Monrealdakı baş katibinə təcili müraciət göndərib.

Rusiya XİN-dən bildirilib ki, Ukrayna hakimiyyətinin Rusiya Federasiyasının hava məkanının guya təhlükəli olması ilə bağlı yaydığı NOTAM bildirişləri qəti şəkildə rədd edilib.

Nazirlik hava məkanının təhlükəsizliyi ilə bağlı Ukrayna tərəfindən yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər