Rusiya NATO ölkəsini vurdu - VİDEO

Rusiya NATO ölkəsini vurdu - VİDEO
29.05.2026 09:30 Dünya

Rusiyanın pilotsuz uçuş aparatı Rumıniyada yaşayış evinə düşüb

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə hadisə nəticəsində 10-cu mərtəbədəki mənzildə yanğın baş verib, iki nəfər yaralanıb.

Şəhər sakinləri əvvəlcə təhlükə barədə xəbərdarlıq alıb, az sonra isə güclü partlayış səsi eşidiblər. Hadisə yerinə fövqəladə xidmətlər göndərilib.

Rumıniya Müdafiə Nazirliyi bildirib ki, pilotsuz uçuş aparatı rusiyalı olub. Nazirliyin məlumatına görə, həmin gecə Rusiya Ukraynanın Rumıniya sərhədi yaxınlığındakı mülki və infrastruktur obyektlərinə dron hücumları həyata keçirib. Aparatlardan biri Rumıniyanın hava məkanını pozub və Qalaçda yaşayış evinə düşüb.

Hədəfin qarşısını almaq üçün Feteşti aviabazasından iki F-16 qırıcı təyyarəsi qaldırılıb.

Qeyd edək ki, Qalaç şəhəri Ukraynanın Dunay sahillərindəki limanlarına yaxın yerləşir ki, onlar da Rusiya hücumlarına mütəmadi məruz qalır. Şəhərdən Reniyə qədər təxminən 10 km, İzmaila qədər isə təxminən 53 km məsafə var.

Xatırladaq ki, Rumıniya Avropa İttifaqı və NATO üzvüdür.


Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər