Rusiya Kiyevə zərbə endirdi: Ölənlər və yaralılar var - GÖRÜNTÜLƏR
Rusiya ordusu iyulun 16-na keçən gecə Ukraynanın paytaxtı Kiyevə növbəti hava hücumu həyata keçirib.
TodayPress TV xəbər verir ki, hücum nəticəsində azı iki nəfər həlak olub, yaralananlar arasında bir uşaq da var.
Məlumata görə, zərbələr əsasən Darnitski və Svyatoşın rayonlarına endirilib. Darnitski rayonunda inzibati-anbar binasında, anbar sahəsində və yük avtomobillərində yanğın baş verib. Hücum nəticəsində iki nəfər ölüb, daha iki nəfər, o cümlədən bir uşaq xəsarət alıb.
Svyatoşın rayonunda isə zərbə nəticəsində anbar binasında yanğın baş verib. Hadisə zamanı daha üç nəfər yaralanıb. Yanğın artıq lokallaşdırılıb.
Hazırda xilasedicilər hadisə yerlərində yanğının nəticələrini aradan qaldırır. Yaralıların sayı və digər təfərrüatlar dəqiqləşdirilir.
Türkan İsgəndərli