Rusiya: ABŞ ilə strateji silahlanmaya dair danışıqlar aparılmır

Rusiya: ABŞ ilə strateji silahlanmaya dair danışıqlar aparılmır
21.06.2025 15:03 Dünya

Rusiya və ABŞ hazırda nə strateji silahların nəzarəti, nə orta və yaxın mənzilli raketlərin yerləşdirilməsi, nə də raketdən müdafiə və “Açıq səma” sazişi üzrə heç bir danışıqlar aparmır.

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyinə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlama verib.

Xatırladaq ki, bundan öncə Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Moskvanın orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə dair təklif etdiyi moratoriyə cavab verəcəyini ehtimal etmədiyini bildirmişdi.

Peskov da bu mövzuya aydınlıq gətirərək deyib:

“Xeyr, bu məsələlərlə bağlı heç bir danışıqlar aparılmır”.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər