Rumıniyadakı NATO qoşunları 2 dəfə arta bilər
Rumıniyanın Konstanta şəhərindəki “Mixail Koqalniçeanu” aviabazasındakı NATO hərbçilərinin sayı iki dəfə artırıla bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Digi24” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu aviabaza 20 min əsgəri yerləşdirmək gücünə malikdir və NATO-nun Avropadakı ən mühüm strateji nöqtələrindən birinə çevrilərək Ukraynaya dəstək verə bilər. Həmçinin orada NATO-nun hərbi yardımının saxlanacağı gözlənilir.
Aysel Mətləb