Rubio Rusiya ilə ABŞ arasında dialoqun vacibliyini vurğuladı
Dünya
27.03.2026 21:10
Dövlət Dumasının nümayəndə heyətinin Vaşinqtona səfəri ilə əlaqədar olaraq ABŞ dövlət katibi Marko Rubio iki ölkə arasında dialoqun davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, Fransada keçirilən G7 xarici işlər nazirlərinin görüşünün ardından jurnalistlərlə söhbəti zamanı danışıb.
"Rusiya güclü nüvə dövləti olaraq qalır və nüvə güclərinin diplomatik səviyyədə etdiyimiz kimi hökumət səviyyəsində də qarşılıqlı əlaqəni davam etdirməsi vacibdir", - deyə Rubio vurğulayıb.
ABŞ dövlət katibi qeyd edib ki, Rusiya nümayəndə heyətinin səfəri əvvəlcədən planlaşdırılıb və yalnız ABŞ rəhbərliyindən icazə almış parlament üzvləri ABŞ-yə səyahət edə biliblər.
Aysel Mətləb
tag: Rubio,Rusiya,ABŞ,Dialoq,TodayPress TV,
