Raketlər var, amma Kiyevə vermirlər: İki ölkə imtina etdi
İspaniya və Yunanıstan istismar müddəti başa çatmaq üzrə olan “Patriot” hava hücumundan müdafiə sistemlərinə aid raketləri Ukraynaya təhvil verməkdən imtina ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Yunanıstanın arsenalında istismar müddətinin 23 ili tamamlanmaq üzrə olan təxminən 200 ədəd PAC-2 modifikasiyalı raket var.
Kübra Musayeva