Rusiyalıların Putinə etimad səviyyəsi açıqlandı

Rusiyalıların Putinə etimad səviyyəsi açıqlandı
10.10.2026 01:33 Dünya

Rusiya vətəndaşlarının əksəriyyəti — 73%-i prezident Vladimir Putinin fəaliyyətini müsbət qiymətləndirir, 71%-i isə dövlət başçısına etimad göstərir.

TodayPress TV-nin RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İctimai Rəy Fondunun (FOM) saytında dərc olunan sorğunun nəticələrində bildirilib.

Araşdırmanın nəticələrinə əsasən, respondentlərin 71%-i prezidentə daha çox etimad göstərdiyini bildirib. Sorğu iştirakçılarının 18%-i isə əks fikirdədir. Putinin prezident kimi fəaliyyətini respondentlərin 73%-i müsbət, 13%-i isə mənfi qiymətləndirib.

Rusiya vətəndaşlarının təxminən yarısı — 47%-i ölkə hökumətinin fəaliyyətini müsbət dəyərləndirir. Respondentlərin 32%-i isə hökumətin işindən narazıdır. Baş nazir Mixail Mişustinin fəaliyyətini sorğu iştirakçılarının 53%-i müsbət qiymətləndirib, 16%-i isə onun fəaliyyətindən narazı olduğunu bildirib.

Əgər Dövlət Dumasına seçkilər gələn bazar günü keçirilsəydi, rusiyalıların 38%-i “Vahid Rusiya” partiyasına səs verərdi. Respondentlərin 15%-i Rusiya Federasiyası Kommunist Partiyasına (KPRF), 9%-i Liberal Demokrat Partiyasına (LDPR), 8%-i “Yeni insanlar” partiyasına, 3%-i isə “Ədalətli Rusiya” partiyasına səs verməyə hazır olduğunu bildirib.

“FOMnibus” həftəlik sorğusu 2026-cı il oktyabrın 2-dən 4-dək Rusiyanın 51 subyektinin 97 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1500 respondent arasında keçirilib. Sorğu iştirakçıların yaşayış yerlərində müsahibə formatında aparılıb. Statistik xəta 3,6%-dən çox deyil.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər