Qolan təpələri BMT-də alovlandı: "500 zərbə, 1200 müdaxilə..."
Suriya Prezidenti Əhməd əş-Şəraa İsraildən qoşunlarını bütün Suriya ərazilərindən çıxarmağı tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərkən bəyan edib.
"1967-ci ildə zəbt edilmiş Qolan təpələri Suriya ərazisi olaraq qalacaq, onların ilhaqı haqqında bütün qərarlar BMT qətnamələrinə uyğun olaraq etibarsızdır", - deyə lider bildirib.
Əş-Şəraa vurğulayıb ki, İsrail Suriyaya qarşı "daim təcavüzkarlıq nümayiş etdirir" və onun sabitliyini təhdid edir. Onun sözlərinə görə, son bir il ərzində Suriya ərazisinə 500-ə yaxın aviasiya və artilleriya zərbəsi endirilib, quru qoşunları isə 1,2 mindən çox müdaxilə həyata keçirib.
"Buna cavab olaraq mövqeyimiz dəyişməz olaraq qalır. Biz İsrail və Suriya qüvvələrinin Qolanda ayrılması haqqında 1974-cü il sazişinə sadiqik, həmçinin işğalçı qoşunların 8 dekabr 2024-cü ildən sonra daxil olduqları bütün Suriya ərazilərindən çıxarılmasına çağırırıq", - deyə o qeyd edib.
Aysel Mətləb