Hindistan ABŞ ilə birləşdi, Tehran və Moskvaya qarşı sanksiya masası quruldu
Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Hindistan naziri "X" sosial şəbəkəsində yazıb.
"Hindistanın SRIA (Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun) ilə bağlı maraqları və narahatlıqları yenidən diqqətə çatdırıldı. Həmçinin Fars körfəzi zonasında və Ukraynadakı vəziyyət müzakirə olundu", - deyə o məlumat verib.
Aysel Mətləb