Qəzzaya hava yolu ilə humanitar yardım çatdırıldı
Qəzza sektoruna humanitar yardımın hava yolu ilə çatdırılması davam edir.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, son bir neçə saat ərzində Belçika, Almaniya, İordaniya, İtaliya, BƏƏ, Niderland və Fransa daxil olmaqla yeddi ölkə hava yolu ilə Qəzza sektorunun sakinləri üçün 131 konteyner ərzaq göndərib.