Qəzzada ölənlərin sayı 66 mini keçdi

Qəzzada ölənlərin sayı 66 mini keçdi
28.09.2025 18:15 Dünya

İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində fələstinlilər arasında ölənlərin sayı 66 mini keçib.

TodayPress TV xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 66 005-ə çatıb və son 24 saat ərzində 79 nəfər ölüb.

Bundan əvvəl İsrail ordusu son 24 saat ərzində Qəzzaya təqribən 140 hava hücumu təşkil etdiyini bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər