Qəzzada hündürmərtəbəli binaya zərbə endirildi

Qəzzada hündürmərtəbəli binaya zərbə endirildi
28.09.2025 21:30 Dünya

Qəzza şəhərinin Tel əl-Hava məhəlləsində yerləşən “Burc Məkkə” adlı çoxmərtəbəli bina İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində tamamilə dağıdılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Əməliyyatdan əvvəl binanın sakinləri xəbərdarlıq əsasında təxliyə edilərək Xan Yunisin cənubundakı humanitar zonaya köçürülüblər.

Məlumata görə, münaqişə başlayandan bəri Qəzzada 25 hündürmərtəbəli bina dağıdılıb. İsrail ordusu HƏMAS-ı bu binalardan komandanlıq, müşahidə məntəqəsi və snayper mövqeləri kimi istifadə etməkdə ittiham edir.

Günün ikinci yarısında Qəzzanın cənubunda humanitar yardım mərkəzində yemək alan fələstinlilər artilleriya atəşinə məruz qalıb. Nəticədə 6 nəfər ölüb.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər