Qətərdən İran və Omana çağırış: "Hörmüz boğazı açılmalıdır"
"Qətər İran və Oman arasında Hörmüz boğazı ilə bağlı razılaşmanın əldə olunmasını gözləyir".
TodayPress TV xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
Onun sözlərinə görə, belə bir razılaşma ABŞ və İran arasında danışıqların bərpasına imkan yarada bilər. Hazırda əsas məqsəd gərginliyi azaltmaq və əvvəl əldə olunmuş anlaşma memorandumunun icrasına qayıtmaqdır.
Diplomat vurğulayıb ki, böhrandan çıxış üçün əsas yol atəşkəsin əldə olunması, Hörmüz boğazının açılması, naviqasiya azadlığının təmin edilməsi və danışıqlar masasına qayıdışdır.
Əl-Ənsari qeyd edib ki, memorandumda nəzərdə tutulan yol xəritəsi hazırda həyata keçirilmir.
Türkan İsgəndərli