Qətər: İsrail humanitar yardımdan təzyiq kimi istifadə edir
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrailin Qəzza zolağına humanitar yardım məsələsindən siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə Madriddə Fələstin münaqişəsinin həllinə həsr olunmuş nazirlər səviyyəsində keçirilən beynəlxalq iclasda çıxışı zamanı danışıb.
"Vasitəçilik səyləri çərçivəsində atəşkəs danışıqları davam edərkən biz Misirlə birlikdə Qəzzaya humanitar çıxış təmin etməyə çalışdıq. Təəssüf ki, İsrail bu prosesi daim manipulyasiya edir və humanitar yardımı siyasi alətə çevirir" deyə Əl Tani bildirib.
Türkan İsgəndərli